Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hücumları ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, sakinlərə sığınacaqları tərk etməmək barədə xəbərdarlıq edib. Zelenski bildirib ki, Rusiyanın məqsədi ukrayna xalqını məhv etməkdir.
Qeyd edək ki, Kiyevə və digər vilayətlərə bir neçə raket atılıb. Raketlərdən biri Zelenskinin ofisinin yerləşdiyi əraziyə düşüb. Hücumlar nəticəsində 12 nəfərin öldüyü 50-yə qədər yaralının olduğu bildirilir.