İqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlandı

2022-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qalibləri ABŞ alimləri Ben Bernank, Duqlas Daymond və Filip Dibviq olub.

Metbuat.az Nobel Komitəsinə istinadən xəbər verir ki, onlar banklar və maliyyə böhranları ilə bağlı araşdırmalara görə mükafata layiq görülüb.

1930-cu illərin Böyük Depressiyası dünya iqtisadiyyatlarını uzun illər iflic vəziyyətinə saldı və böyük ictimai nəticələrə səbəb oldu. Bununla belə, builki laureatların araşdırmaları sayəsində sonrakı maliyyə böhranları daha yaxşı idarə edildi. Onlar geniş yayılmış bank çökmələrinin qarşısının alınmasının vacibliyini nümayiş etdirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR