Bulvarda QƏZA:

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bulvar küçəsində baş verib. Məmmədov Timur Eldaroviç idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.

Hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Hazırda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR