Millət vəkili Jalə Əhmədova 51 yaşında vəfat edən həyat yoldaşı Babək Əhmədovla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, deputat feysbuk hesabında ailəsinə üz vermiş ağır itki ilə əlaqədar başsağlığı verənlərə təşəkkür edib.

"Həyat yoldaşımın vaxtsız vəfatı ilə əlaqədar mənə dəstək olan, bu ağrılı günlərimdə yanımda olub dərdimi bölüşən bütün dostlara və tanışlara, hər kəsə dərin təşəkkürümü bildirirəm. Mənə göstərdiyiniz sevgi və hörmət üçün Sizlərə çox minnətdaram! Var olasız! Allah hər birinizin evinə xeyir işlər nəsib etsin, inşallah", - deyə o qeyd edib.

Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var.

Jalə Əhmədova vəfat edən həyat yoldaşı barədəpaylaşım etdi (FOTO)