Əri Minadan boşandığını açıqladı: "Məndən reklam kimi istifadə etməsin" -

Bir neçə ay əvvəl evləndiyini açıqlayan müğənni Mina Hüseyn və həyat yoldaşı ayrılıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının əri, iş adamı Sərxan Həsənov özəl məlumat verib.

O bildirib ki, Mina ilə 9 oktyabrda ayrılıb:

"Əsl adı Nərmindir. İşimiz artıq məhkəmədədir. Bu gün rəsmi boşanma üçün məhkəməyə müraciət etmişəm. Tələb edirəm ki, keçmiş həyat yoldaşım məndən reklam kimi istifadə etməsin. İcazəm olmadığı təqdirdə şəkillərim paylaşılmasın. Keçmiş fotolardan istifadə etmək insanları və özünü aldatmaqdır. Bu təkrarlanarsa, işə hüquqi müstəvidə baxılacaq".

Qeyd edək ki, M.Hüseyn bir neçə gün öncə həyat yoldaşının üzünü göstərmiş, bu fotolar mediada yayılmışdı. Bu günlərdə isə "Səhər mərkəzi" proqramına qonaq olan ifaçı S.Həsənov haqda geniş açıqlama vermiş, evliliyinin davam etdiyini söyləmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR