Putin Makronun “Rusiya Qarabağda oyun oynayır” iddiasına CAVAB VERDİ -

Rusiya Prezidenti Vladimir Putin fransız həmkarı Emmanuel Makronun Qarabağla bağlı açıqlamalarının “səhv” və “qəbuledilməz” olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, o, Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib ki, Rusiya Qarabağ daxil olmaqla regionda bütün münaqişələri səmimi formada həll etməyə çalışır:

“Ötən gün Fransa Prezidentinin bəzi açıqlamalarını oxuyanda çox təəccübləndim. Belə görünür ki, Fransanın münaqişə tərəflərinin mövqeyi ilə bağlı məlumatları yanlışdır, Makronun açıqlamaları isə qəbuledilməzdir.

Putin məsələ ilə bağlı Makronla danışacağını ifadə edib.

Qeyd edək ki, Emmanuel Makron Rusiyanı Cənubi Qafqazda sabitliyi pozmaq üçün Qarabağ münaqişəsindən istifadə etməkdə ittiham etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR