Emrelinin uşaqlıq fotosu müzakirələrə səbəb oldu -

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli instaqram hesabında uşaqlıq fotosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, futbolçu paylaşımına "Mənə demə ki, mən həyatdan zövq almıram" ifadələrini yazıb.

İstifadəçilərin bəziləri fotonu maraqla qarşılasa da, bəziləri onun hazırki futbol karyerasındakı səssizliyini "tənbəllik" adlandırıblar.

Qeyd edək ki, ötən həftə FIFA forvardı Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya edib. Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulmuşdu. 4 gün sonra isə futbolçuya qoyulan qadağa götürülmüşdü.

Xatırladaq ki, Mahir Emreli 2021/2022 mövsümünün birinci yarısını "Legiya"da keçirib. 2021-ci il dekabrın 12-də paytaxt təmsilçisi Plotsk "Visla"sı ilə Ekstraklasanın XVIII tur oyunundan qayıtdığı vaxt azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb "Dinamo"suna keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR