Bu gündən media subyektlərinin Media Reyestrinə müraciətinə start verilib

"Bu gündən media subyektlərinin Media Reyestrinə müraciətinə start verilib. Media subyektləri Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər".

Metbuat.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva isə bildirib ki, Media Reyestrinə daxil ola bilməyən jurnalistlərin faəliyyətində hər hansı bir məhdudiyyət olmayacaq:

"Onlar istədikləri dövlət qurumlarından açıqlamalar, müsahibələr ala biləcəklər. Media Reyestri heç bir halda jurnalistin fəaliyyətini məhdudlaşdırmır. Reyestr sadəcə məlumat bazasıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR