Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib ki, Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlanıb.

O, qeyd edib ki, bu futbolçular "Hayduk"la səfər görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, "Hayduk" - "Dinamo" sabah baş tutacaq.