Bakı, 2 iyun, AZƏRTAC
Bank VTB (Azərbaycan) ASC-nin “Elmlər” və “Gənclik” filiallarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar açıq tender elan edilir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tender sənədləri ilə ASC-nin Nəsimi rayonu, Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş formada (əgər kontragent fərdi sahibkardırsa imzalanmış) iyunun 16-dək saat 15.00-dan gec olmayaraq bankın baş ofisinə təqdim edilməlidir.