Naxçıvan-Bakı reysi ilə uçan təyyarədə nasazlıq -

Xəbər verdiyimiz kimi, dünən "Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi nasazlıq səbəbindən eniş edib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Sosial şəbəkələrdə həmin anların fotoları yayılıb. Naxçıvan-Bakı reysi üzrə təyyarənin köhnə olmasından narazılıq ediblər.

Həmin görüntüləri təqdim edirik:

Bir 2 nəfər və içəridə şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR