Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.

Metbuat.az xəbər verir ki, matçı Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manschot, onun köməkçisi Rob Dieperinkdir. Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Nant" - "Qarabağ" oyununu bu hakimlər idarə edəcək -