Suyun yüzlərlə metr dərinliyində İNANILMAZ HADİSƏ ilə üzləşdilər -

İsveçin dəniz arxeoloqları Stokholm yaxınlığında 1629-cu ilə aid gəminin qalıqlarını tapıblar.

Metbuat.az xəbər verir ki, elm adamları gəminin ilk səfəri zamanı batdığını güman edirlər. Tapılan hərbi gəmi tarixi “Varsa” gəmisi ilə eyni vaxtda istifadəyə verilib. Gəmilərin quruluşu eynidir və eyni gəmi istehsalçısı tərəfindən hazırlanıb. Məlumata görə, “Varsa”nın “qardaşı” hesab edilən gəminin uzunluğu 69 metrdir. Elm adamları illərdir bu gəminin axtarışında idi. Gəminin qalıqlarının tapıntısını tədqiq etmək üçün elm adamları işləri davam etdirir.

Qeyd edək ki, bir müddət əvvəl həmin ərazidə daha iki hərbi gəmi tapılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR