Qurbanov "Nant"la oyundan öncə futbolçulara nə deyib? -

"Bu cür prinsipial oyunlardan öncə Qurbanov bizə deyir ki, bu, Azərbaycan xalqı üçün nə dərəcədə önəmlidir.

Metbuat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina İTV-yə açıqlamasında deyib.

"Bizdə komandada belə yığıncaqlar həmişə oyundan öncə və sonra olur. Bu, bir ənənədir. Bu cür prinsipial oyunlardan öncə Qurbanov bizə deyir ki, bu, Azərbaycan xalqı üçün nə dərəcədə önəmlidir. Həmin söhbəti zamanı da bizi sakitləşdirməyə çalışırdı, danışığı ilə inam aşılayırdı. Psixoloji cəhətdən bizi oyuna hazırlayırdı", - deyə o, "Nant"la oyundan öncəki müzakirədən danışıb.

Medina bildirib ki, Qurbanovu ata obrazında görür:

"Qarabağ"da bir ailə mühiti formalaşıbsa, bunun səbəbi Qurbanovdur".

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR