Roma Katolik kilsəsinin lideri Papa Fransisk erotik filmlər barədə Katolik kilsəsində dini dərslər alan gənclərə, rahib və rahibələrə tövsiyyə verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, erotik videoları izləmək pis vərdişdir. “Bu çox sayda insanın içinə düşdüyü pis vərdişdir” deyən Papa, açıq videolar izləməyin dini inancı zəiflətdiyini ifadə edib.
“Erotik videolar rahib, rahibələr və dindarlar də daxil olmaqla çox sayda insanın zəif çəhətidir. Bu, ruhu zəiflədir. Şeytan bu zəiflikdən istifadə edə bilər. İzləmədən əvvəl bunları bilin” - Papa Fransisk deyib.