Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Bərdəni növbəti dəfə atəşə tutmasından 2 il ötür.
Metbuat.az xatırladır ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.
Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdə şəhərində həlak olmuş şəxslərin siyahısı:
1. 1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
2. 1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
3. 1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
4. 1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
5. 1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
6. 1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
7. 1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
8. 1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
9. 1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
10. 1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
11. 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
12. 1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
13. 1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
14. 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
15. 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
16. 1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
17. 1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
18. 1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
19. 1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
20. 1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
21. 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)