Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, o, 1-6 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022” oyunlarını idarə edəcək.

9-12 noyabr tarixlərində isə Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022” çimərlik futbolu üzrə beynəlxalq turnirlərin görüşlərini idarə edəcək.