Azərbaycanda toxumluq kartofun idxalı zamanı qurumlararası koordinasiya daha da gücləndiriləcək.
Metbuat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bununla bağlı müzakirələr Dövlət Gömrük Komitəsində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda aparılıb.
Həmçinin, rəy və təkliflər səsləndirilib, qısa vaxt ərzində birgə tədbirlər planının hazırlanması qərara alınıb.