Pikeyə ŞOK: Aldığı ərazidən çıxanlar rəsmi qurumları hərəkətə keçirdi

“Barselona”nın futbolçusu Jerar Pikenin Malaqadakı otelinin tikintisi dayandırılıb.

Metbuat.az xəbər verir ki, buna səbəb futbolçunun otel tikintisi üçün aldığı ərazidə 250 məzarın tapılmasıdır. Qazıntı işləri zamanı məzarların üzə çıxmasından sonra tikinti dayandırılıb. Əraziyə arxeoloqlar cəlb edilib. Arxeloqların sözlərinə görə, məzarların əksəriyyəti boş olub. Lakin bəzilərində cəsəd qalıqları var. Arxeoloqlar cəsədlərin hansı əsrə aid olduğunu araşdırır. Məlumata görə, böyük ehtimalla rəsmi dairələr ərazidə otelin tikintisinə icazə verməyəcək.

Qeyd edək ki, Jerar Pike otelin tikintisi üçün 20 milyon dollar xərc çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR