"Barselona"nın prezidenti olmaq istəyən Pikedən İNANILMAZ DAVRANIŞ -

Ötən gün "Barselona"dan ayrılacağını və karyerasını bitirəcəyini açıqlayan Jerar Pike komandasına jest edib.

Metbuat.az "Cuatro" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ona çatmalı olan 50 milyon avronu kluba bağışlayıb. Futbolçunun bu addımının Çempionlar Liqasında mübarizəni dayandıran komandaya maddi itkiləri azaltmağa imkan verəcək. Pikenin klubdan gedəcəyindən və məvacibini bağışlayacağından qərarını elan edənə qədər nə ailə üzvlərinin, nə də klub nümayəndələrinin xəbəri olub.

Qeyd edək ki, Jerar Pike noyabrın 5-də "Barselona"da vida oyununa çıxacaq. "Almeriya" klubuna qarşı La Liqanın XIII tur matçı onun yetirməsi olduğu komandada son görüşü olacaq. Jerar Pike yayımladığı mesajda bir gün kluba geri qayıdacağını ifadə edib. O bundan əvvəl "Barcelona"nın prezidenti olmaq istədiyini dəfələrlə səsləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR