Azərbaycanda kişi hamilə qadını və qızını döydü,

Masallıda hamilə qadına və qızına qarşı fiziki zorakılıq olub. Mütəmadi şiddəti göstərən şəxs isə qadının qeyri-rəsmi nikahda yaşadığı kişidir.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb.

"5 aylıq hamilə olan qadın 13 yaşlı qızı ilə birlikdə dünən qaçıb Bakıya gəlib. Əməkdaşlarımız prosedur qaydalarına görə onu ərazi polis bölməsinə yönləndirib və qadın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 4 -cü polis şöbəsinin rəsmi məktubu əsasında sığınacağımıza qəbul edilib. Hamilə qadın Kürdəmir sakinidir. Qeyri-rəsmi nikahda yaşadığı əri oktyabrın 21-dən uşağa və xanıma mütəmadi şiddət göstərib. Qadın polisə şikayət etməsin deyə onu və qızını Masallıda kirayə qaldıqları evdə bağlı qapı arxasında saxlayırmış. Xanım noyabrın 3-də oradan qaçıb və Bakıya gəlib. Hamilə qadın müayinə üçün dərhal xəstəxanaya yönləndirildi. Hamiləliyin 17-ci həftəsindədir. Bu vaxta qədər həkim baxışı olmayıb. Kişi narkotik aludəçisidir. Dünən 13 yaşlı qıza da təcili yardım çağırıldı, baxış keçirən həkimlər azyaşlının həm də onkoloji problemindən şübhələnirlər. 2011 ci ildə qızın qardaşı bu ərciyəzi bıçaqlayıb, amma şikayət olunmayıb. Bəlkə səbəb daha başqa cinayətlərlə bağlıdır?", -deyə K. Ağazadə bildirib.

Bir 6 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR