Dünyada koronavirusa yoluxanların sayı 632 milyon nəfəri ötüb

Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 632,43 milyona çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, virusun yayılmasının başlanğıcından indiyədək 6,6 milyon insan COVID-19 infeksiyasının nəticələrindən dünyasını dəyişib.

Virusa 30 milyondan çox yoluxmanın olduğu ölkələr ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadır.

“Worldometer” portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 847,4 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 276, Hindistanda 376, Fransada 2 397, Braziliyada 3 186, Almaniyada 1 831 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR