"Azəriqaz” İstehsalat Birliyinə (İB) məxsus 2 000 manat dəyərində dəmir borularını oğurlayan şəxs tutulub.

Metbuatş.az-a bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2 000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.