Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin on ayı ilə müqayisədə 16,2% artıb.