Emin Ağalarov Alenaya 10 karatlıq brilyant alıb?

Xalq artisti Emin Ağalarov xanımı Alena Qavrilovaya 10 karatlıq brilyant qaşlı üzük vermədiyini deyib.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, iş adamı və müğənni bu barədə “Hello!”a müsahibəsində danışıb. Belə ki, avqustda Ağalarovun 35 yaşını qeyd edən Alenaya bahalı zinət əşyaları bağışladığını, ikinci dəfə evlilik təklifi etdiyini desələr də, hər şeyin səhv olduğu üzə çıxıb.

“Mən təklif etməmişəm və üzüklə heç bir əlaqəm yoxdur. Deyəsən, ümumiyyətlə, zərgərlik brendi ilə əməkdaşlıq olub. Ad günündə isə ona boyunbağı hədiyyə etdim”,- deyə Emin bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR