Ələkbər Yasamallının anası danışdı: “İskəndərə narkobaron deyirlər..."

“Rəşad Dağlıdan heç vaxt belə addım gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi...”

Metbuat.az-ın xəbərinə görə, bunu meyxanaçı Ələkbər Yasamallının anası Baku TV-yə müsahibəsində bildirib.

“Rəşadın atasının artıq-əskik sözlər danışması... Ayıbdır, adam elə sözlər deməz. Bizim ürəyimiz yaralıdır, qoyun biz danışaq. İskəndərə narkobaron deyirlər, evinə, yaşayışına baxarısınız... Hadisəni də Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir, xəstəxanaya (xaricdə-red) yerləşdirilib. Övladımla danışa bilməmişəm. Kimdən gözləsəydi, Rəşaddan gözləməzdi, hamımızın əzizi olub” – anası qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR