13 tur sonra qol vuran Mahir Emreli dubl etdi: 9 qolluq oyun -

Xorvatiyanın "Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli uzun müddət sonra qol vurub.

Metbuat.az xəbər verir ki, forvard ölkə çempionatının 17-ci turunun "Riyeka”ya qarşı keçirilən matçında dubl edib.

72-ci dəqiqədə meydana çıxan Mahir bir neçə saniyə sonra fərqlənib. O, qoldan bir dəqiqə sonra sarı vərəqə alıb. Emreli 85-ci dəqiqədə özünün 2-ci, komandasının 7-ci qolunu vurmaqla dublunu rəsmiləşdirib. Beləliklə, "Dinamo" 7:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Mahir Emreli sonuncu qolunu 3-cü turda "İstra” ilə matçda vurmuşdu. "Dinamo" 16 oyundan sonra turnir cədvəlinin lideridir. Komandanın bir oyunu təxirə salınıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR