Dünya əhalsinin sayı 8 milyard oldu

Dünya əhalisinin sayı 8 milyarda çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər təşkilatı (BMT) məlumat yayıb.

Əhali sayının7 milyarddan 8 milyarda çatması təxminən 12 il davam edib. Daha 1 milyard artım üçün 14,5 il (2037-ci ilə qədər) vaxt lazım olacaq.

Həmçinin dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR