Ərdoğan Azərbaycana təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə bir çox ölkə və beynəlxalq təşkilatlara təşəkkür edib.

Metbuat.az xəbər verir ki, bu barədə prezidentin tviter hesabında bildirilib.

"İstiqlal küçəsində törədilən terror aktına münasibət bildirən, dərdimizə şərik olan, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

Dövlət Başçısının tvitində, həmçinin ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna, Cənubi Koreya, Albaniya, İsrail və başqa ölkələrin bayraqları öz əksini tapıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR