Fransa millisinin Türkiyə yığması ilə oyununda dizindən zədələnən Kilian Mbappenin hərəkətləri “Real Madrid”də narazılığa səbəb olub.

Metbuat.az xəbər verir ki, futbolçu istirahət etməli olduğu müddətdə sevgilisi Ester Eksposito ilə Parisdə gecə klubuna gedib. “L’Equipe” nəşrinin məlumatına görə, Mbappenin İsveçrədə velosiped sürdüyü görüntüləri sosial media hesabında paylaşması da müzakirələrə yol açıb. Bu addımların Madrid təmsilçisinin rəhbərliyində və azarkeşlər arasında narazılıq yaratdığı bildirilir.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm “Real Madrid”də bütün oyunlarda 90 dəqiqə meydanda olub, 8 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “Real Madrid”in “Betis” və “Atletiko Madrid”lə məğlubiyyətlə başa çatan qarşılaşmalarında fərqlənə bilməyib.