Lavrov özünü ifşa etdi -

Rusiyanın xarici işlər naziri naziri Sergey Lavrovun İndoneziyada çəkilən görüntüləri müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “Bild” qəzeti diplomatı lağa qoyub. Qəzet yazır:“Lavrovun paylaşdığı fotoda problem var. Rusiya Qərbin sanksiyalarına əhəmiyyət vermədiyini açıqlayır, Qərb texnologiyasına güvənmədiklərini söyləyir. Lakin foto Rusiyanın açıqlmasının boş təbliğat olduğunu ortaya qoyur. Putinin xaricdə güclü və azad vizyonunu təmsil edən Lavrov ABŞ saatından və ABŞ telefonundan istifadə edir, ABŞ modasını geyinir”.

Qeyd edək ki, xarici KİV-lər Lavrovun xəstəxanaya yerləşdirildiyi barədə iddialar səsləndirməsindən sonra, rus diplomat İndoneziyada qaldığı oteldən görüntü paylaşmışdı. Lavrovun masasında telefonun İphone, saatının Apple modelinə, geyiminin isə Jan-Mişel Baskiat modasına məxsus olduğu müşahidə edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR