Ronaldo Messiyə meydan oxudu:

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın dünya çempionu olacağına inanır.

Metbuat.az xəbər verir ki, o bildirib ki, millli komandanın çempion ola biləcək güclü heyəti var. “Qətərə çempion olmaq üçün gedirik” deyən Ronaldo, eyni zamanda mundialda kifayət qədər milli komandaların və istedadlı futbolçuların olduğunu qeyd edib. Ronaldonun sözlərinə görə, milli bacarığını ortaya qoya bilsə uğur əldə edə bilər.

Qeyd edək ki, Portuqaliya, H qrupunda Qana, Uruqvay, Cənubi Koreya ilə mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR