İran uranı 60 faizə qədər zənginləşdirməyə başladı -

İran öz yeraltı Fordo nüvə mərkəzində uranı 60 faiz saflığa qədər zənginləşdirməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bu 2015-ci ildə əldə edilən razılaşma şərtlərinə görə 20 faizdən artıq sayılır. Məsələ ilə bağlı İrna agentliyi məlumat yayıb ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) göndərdiyi məktubda uranı Fordo mərkəzində 60 faiz saflığa qədər zənginləşdirməyə başladığı barədə agentliyi məlumatlandırıb.

AEBA-nın 35 ölkəsindən ibarət Rəhbərlər Şurası bağlı qapılar arxasında keçirilən görüş zamanı cümə axşamı günü İrana agentliyin üç elan edilməmiş yerdə aşkar edilmiş uran izləri ilə bağlı təhqiqatı ilə təcili əməkdaşlıq etməyə çağıram qətnamə qəbul ediblər. İranın SNN şəbəkəsi isə Tehranın Natanz və Fordo nüvə obyektlərində də yeni sentrifuqalar quracağını bildirib. Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi bazar ertəsi qətnaməni “siyasi motivli” adlandırıb.

Məlumat üçün bildirək ki, oktyabr ayında İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlamışdı. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan əlavə IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR