“İranın nüvə bombası əldə etmək üçün hələ iki ili var“ -

“İslam Respublikası xalq etirazlarının artması və ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların onun devrilməsinə səbəb olacağından son dərəcə narahatdır”.

Metbuat.az xəbər verir ki, bu iddia ilə “Jerusalem Post” qəzeti çıxış edib. İsrail ordusunun kəşfiyyat rəisi general Aharon Xəlivə deyib ki, İran yəqin ki, yaxın vaxtlarda ən azı simvolik olaraq uranı 90 faiz saflığa qədər zənginləşdirəcək. Bununla da İran hərbi və silah səviyyələri üçün tələb olunan xalislik dərəcəsinə çatmış olacaq.

Xəlivənin sözlərinə görə, Tehran bu günədək uranın zənginləşdirilməsinin silah həddini keçməyə cürət etməyib. “Jerusalem Post” onu yüksək səviyyəli İsrail mənbələrinə istinadən onu da yazır ki, ölkə hələ də İranın nüvə avadanlığına genişmiqyaslı hücum etmək niyyətində deyil. Mənbə iddia edir ki, İranın nüvə bombası əldə etmək qabiliyyətinə çatmasına hələ iki il var.

Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Fordo mərkəzində uranı 60 faiz saflığa qədər zənginləşdirməyə başladığı barədə izlərə rast gəlib. İranın Xarici İşlər Nazirliyi bu məlumatları “siyasi motivli” adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR