Argentina şokdadır -

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanının yığmaları qarşılaşıb.

Metbuat.az xəbər verir ki, C qrupunun ilk tur oyununda hesab Səudiyyə Ərəbistanının qələbəsi ilə başa çatıb -2:1.

Oyunun 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına ilk qolu bəxş edib.

Lakin rəqibin oyunçuları 48-ci dəqiqədə Saleh Al Şehri, 53-cü dəqiqədə Salem Al Davsari fərqlənərək yığmasını önə çıxarıb.

Qeyd edək ki, günün ikinci oyunu Danimarka və Tunis yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR