​Peşəkar özbəkistanlı stomatoloq Jasur Ergaşov “Global Health Awards” da təltif olundu -

Tezt-tez rast gəlinən xəstəliklər arasında diş xəstəlikləri ön sıralardadır. Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir. Tibb inkişaf etdikcə ağız boşluğu, dişlərin strukturu, xəstəlikləri və müalicəsi ilə məşğul olan peşəkar həkimlərə ehtiyac duyulur. Bu sahədə Özbəkistanın peşəkarları sırasında həkim-stomatoloq Jasur Erqaşov da var.

Jasur Erqaşov Özbəkistanın Daşkənd Tibb Akademiyasını bitirib. 21 yaşında diş həkimi kimi peşəkar fəaliyyətə başlayan gənc stomatoloq estetik stomatologiya, ağız cərrahiyyəsi və stomatologiyanın aktual problemləri sahəsində doqquz illik təcrübəyə malikdir.

Hazırda Dr.Ergaşov öz adına təsis etdiyi Stomatoloji Klinikasında dişlərin ağardılması, implantasiyası və bərpası, sirkonium kron, venerlərin quraşdırılması və bir çox digər xidmətləri göstərir. Bu stomatoloji klinika yaxın vaxtlarda açılsa da, artıq Özbəkistanın ən prestijli klinikalarından birinə çevrilməyi bacarıb və buraya gələn çoxsaylı xəstələri uğurla müalicə edir.

Jasur Erqaşov 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Well-Known Dentist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR