​Dünya şöhrətli brend "La Roche-Posay" "Global Health Awards" layihəsində təltif olundu -

"L'Oreal"ın dünyaca məşhur tələbatlı kosmetoloji məhsul brendlərindən biri də "La Roche-Posay"dir. Məşhur fransız brendi 100 ilə yaxındır ki, dünyanın müxtəlif yerindən olan insanların əvəzolunmaz məhsuludur. "La Roche-Posay" həssas dəri üçün ideal vasitədir.

Bu brendin əsas aktiv komponenti dünyanın ən böyük termal bulağından alınan təbii mənşəli termal sudur. Sərbəst radikallardan qoruyan güclü təbii antioksidantla zəngin su tərkibindəki selenium antioksidantı sayəsində sakitləşdirici, yumşaldıcı və iltihab əlehinə təsirə malikdir. İnkişafın bütün mərhələlərində dermatoloqlarla əməkdaşlıq edən "La Roche-Posay" brendi həssas dəri üçün nəzərdə tutulub. Bütün məhsulları hipoallergenik olan bu fransız brendi effektivlik üçün çoxsaylı kliniki tədqiqatlardan keçirilmişdir. Unikal tərkibə malik məhsullar qıcıqlanmış dərini sakitləşdirir. Bu xüsusiyyəti nəzərə alaraq estetik prosedurlardan sonra da istifadə olunur.

Ən yaxşı gözəllik tərəfdaşı olan "La Roche-Posay" hər zaman xanımlarımızın təbii gözəlliyinin qayğısına qalır. Uzun illərdir öz missiyasına sadiq qalan "La Roche-Posay" müxtəlif yaş və foto tiplərdən olan qadınların gözəllik ehtiyaclarını qarşılayır.

Uşaqlar və böyüklər üçün nəzərdə tutulan "La Roche-Posay" brendi mikrobioma araşdırmasında dünya lideri sayılır. Brendin məhsulları tərkibindəki patent molekul sayəsində mikrobiomanı qoruyur, bərpa edir və iltihab əlehinə təsir edir. "La Roshe-Posay" akne, atopik dermatit, həssaslıq kimi problemlərin müalicəsində effektiv nəticə göstərir. Onkoloji xəstəliklər zamanı radioterapiya və kimyaterapiya kimi prosedurlardan sonra dəri quruyur və həyat qabliyyətini itirir. "La Roche-Posay" məhsulları belə dəriləri nəmləndirir və həyat qabliyyətini geri qaytarır.

Hər il mayayının üçüncü həftəsi "La Roche-Posay"nin sponsorluğu ilə bütün dünyada qeyd olunan melanoma ilə mübarizə günləri keçirilir. Həmin günlərdə dəri törəmələri ilə bağlı müraciət edənlər ödənişsiz həkim müayinəsindən keçirilir. Bu müayinə dermatoskopiya adlanır. Həkim-dermatoloq tərəfindən aparılan müayinədən sonra diaqnoz qoyulur. Məşhur klinika və dermatoloqların qoşulduğu aksiya artıq 2 ildir ki, ölkəmizdə də təşkil olunur. Hər dəfə 1500-dən çox insanın iştirak etdiyi bu aksiyalar məşhur brendin önəmli missiyalarındandır.

"La Roche-Posay" 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The number one Brands Recommended by Dermatologists” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR