DÇ-2022-də bu gün hansı oyunlar olacaq?

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin II turuna start veriləcək.

Metbuat.az xəbər verir ki, A və B qruplarında ümumilikdə 4 görüş baş tutacaq.

Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olacaq. Ardınca A qrupunda Qətər - Seneqal və Niderland - Ekvador oyunları keçiriləcək.

Günə A qrupunun İngiltərə - ABŞ matçı ilə yekun vurulacaq.

A qrupu

17:00. Qətər - Seneqal

20:00. Niderland - Ekvador

B qrupu

14:00. Uels - İran

23:00. İngiltərə - ABŞ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR