Tokayev Putinlə görüşəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yenidən prezident seçildikdən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvaya rəsmi səfərə gəlib. Noyabrın 28-də onun Vladimir Putinlə danışıqları orada baş tutacaq”, - mətbuat xidmətindən bildirilib.

Bu, Qazaxıstan prezidentinin prezident seçkilərindən sonra ilk xarici səfəridir. Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəsmi olaraq ikinci müddətə prezident seçildiyi bildirilib. O, 81,31% səslə seçkilərdə qalib gəlib və noyabrın 26-da andiçmə mərasimi keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR