İranın ali dini lideri Ayətullah Əli Xameneinin qardaşı qızı, tanınmış hüquq müdafiəçisi Fəridə Muradxani sosial şəbəkə hesabında dünya ölkələrinə müraciət edib.
Metbuat.az xəbər verir ki, onun müraciəti sosial şəbəkələrdə və mediada yayılaraq, geniş müzakirələrə səbəb olub. Muradxani dünya ölkələrini Tehranla bütün əlaqələri kəsməyə çağırıb.
"Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar". Amma çox keçməyib ki, Xameneinin qardaşı qızı həbs edilib. Bu barədə onun qardaşı Mahmud Moradxani yazıb ki, qadın çərşənbə günü prokurorluğa çağırıldıqdan sonra həbs edilib.
Qeyd edək k, İranda iki aydan çox davam edən aksiyalarda 63-ü azyaşlı olmaqla 450 etirazçı öldürülüb.