Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayoru həbs edilib.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, mayor 2021-ci ilin iyulundan məlumatları xarici xüsusi xidmət orqanlarının diqqətinə çatdırılıb və onlarla əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıqdan isə o,19 min 700 dollar vəsait əldə edib.

Cinayət işi üzrə istintaq davam edir. Mayorun adı isə açıqlanmayıb.