Ermənistanda 2 deputat mandatından imtina edib.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, "Hayastan" fraksiyasına daxil olan müxalif "Dirçələn Ermənistan" partiyasının 2 üzvü deputatlıqdan istefa verib. Belə ki, deputatlar Vahe Akopyan, Hripsime İstanbulyan ərizələrini qanunverici orqana təqdim ediblər.

