İranda Avronun qiyməti kəskin yüksəldi

İranda azad bazarda avronun qiyməti rekord həddə bahalaşıb.

Metbuat.az xəbər verir ki, Noyabrın 28-də Tehran bazarında baş tutan ticarət əməliyyatları zamanı bir avronun satış qiyməti 2019-cu ilin oktyabrında qeydə alınan zirvəni keçərək yeni tarixi rekorda imza atıb. Bu barədə İran Mərkəzi Bankı məlumat yayıb. Bildirilir ki, həftənin bazar ertəsi avronun məzənnəsi bazar günü ilə müqayisədə 145 tümən artıraraq 33.309 min tümənə çatdırıb. Avronun satış məzənnəsi bazar ertəsi birjalarda yeni zirvəyə yüksələrək 37.800 tümənə qədər yüksələ bilib. Qeyd edək ki, bu rəqəm iki il öncə oktyabr ayında qeydə alınan rekorddan 60 tümən yüksəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR