Braziliya millisi dünya çempionatının G qrupunu ilk pillədə tamamlayıb.

Metbuat.az xəbər verir ki, komanda Kameruna 0:1 hesabı ilə uduzub. Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala yüksəlib. Eyni zamanda qrup liderliyini qoruya bilib.

Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Braziliya millisi 24 ildən sonra dünya çempionatının qrup mərhələsində uduzub. "Sambaçılar" sonuncu dəfə 1998-ci ildə Fransada təşkil olunmuş turnirdə Norveçlə qarşılaşmada bu aqibəti yaşayıb - 2:1.