İstanbulda hava limanına sərnişin daşıyan mikroavtobus aşıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.

İlkin müdaxilədən sonra xəstəxanaya aparılan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. Mikroavtobus sürücüsü qəzadan xəsarət almadan xilas olub.

Faktla bağlı araşdırmalar aparılır.