Məşhur aparıcının atası

Türkiyənin məşhur model və aparıcısı Özge Ulusoya ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, Özge Ulusoyun atası Heydər Ulusoy Ankarada yol qəzasına düşərək vəfat edib.

Bu barədə aparıcı sosial şəbəkə hesabında paylaşım edib. Məlumata görə, qəza dünən Ankaranın Çankaya rayonunda baş verib.

Qəzada ağır yaralanan 73 yaşlı Heydər Ulusoy bütün müdaxilələrə baxmayaraq axşam saatlarında dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR