Azəri-Çıraq-Günəşli yatağından 9 milyon dollardan çox gəlir əldə olunub

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər məlum olub.

Metbuat.az-a Dövlət Neft Fondundan verilən məlumata görə, AÇG yatağından bu ilin əvvəlindən 1 dekabr tarixinədək 9 161 mln. ABŞ dolları gəlir olub.

Şahdəniz yatağından (qaz və kondensat) isə 1 357 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328,567 mln. ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR