Çempionatda bu gün hansı oyunlar var?

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Q

19:00. Mərakeş - İspaniya

23:00. Portuqaliya - İsveçrə

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR