Putin ruslara

Rusiya prezidenti Vladimir Putin LGBT münasibətlərinin təbliği və ya “təriflənməsini” qadağan edən qanun qəbul edib.

Metbuat.az xəbər verir ki, qanuna əsasən, internetdə, mediada, kitablarda, audio-vizual xidmətlərdə, kinoda və reklamda LGBT təbliğatı qadağan ediləcək.

Yeni qanuna əsasən, "LGBT təbliğatı"na görə 400 min rubla qədər, "LGBT nümayişləri və gənclər arasında cinsi dəyişikliyi təbliğ edən məlumatlara görə" 200 min rubla qədər cərimələr tətbiq olunacaq.

Bu cərimələr hüquqi şəxslər üçün müvafiq olaraq 5 milyon rubl və 4 milyon rubla qədər artacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR