Nikol Paşinyan üçün dövlət büdcəsindən 5 yeni maşın alınıb.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, avtomobillərdən 4-ü "Toyota Land Cruiser 300" modelidir, hər birinin qiyməti təxminən 100 min dollardır. 5-ci maşın isə qiyməti 130-150 min dollar olan dizel mühərrikli "Lexus LX500" lüks maşındır.
Nəşr yazıb ki, toplam yeni alınmış avtomobillərə dövlət büdcəsindən ümumilikdə 500 min dollardan çox vəsait ödənilib. Həmçinin qeyd edilib ki, "Lexus LX" Paşinyanın həyat yoldaşı Anna Akopyana xidmət edəcək.
Qeyd edilib ki, təxminən bir il əvvəl də Paşinyan üçün daha 2 yeni avtomobil alınıb, biri zirehli “Lexus LX570” yolsuzluq avtomobilidir (qiyməti təxminən 250 min dollar).

